Onlayn ictimai-siyasi qəzet
Pekin Vaşinqtondan gələn iqtisadi təzyiqlərlə barışmayacağını və öz maraqlarını müdafiə etməyə davam edəcəyini bəyan edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin nümayəndəsi Xə Yunsyan brifinq zamanı ABŞ-dan idxal olunan məhsullara tariflərin artırılıb-artırılmayacağına dair sualı cavablandırarkən bildirib.
"Mən fərziyyə xarakterli sualları şərh etməyəcəyəm, lakin vurğulamaq istəyirəm ki, ticarət müharibəsində qalib olmur və proteksionizm – çıxış yolu deyil. Əgər ABŞ öz mövqeyində israrlı olarsa, Çin sona qədər mübarizə aparacaq. Biz ABŞ tərəfindən göstərilən həddən artıq təzyiqə və qorxutmalara heç vaxt dözməyəcəyik və öz qanuni hüquqlarımızı qorumaq üçün qəti tədbirlər görəcəyik", – deyə o bildirib.
"Əgər danışmaq istəyirsinizsə, bizim qapılarımız açıqdır. Lakin dialoq bərabərlik və qarşılıqlı hörmət əsasında aparılmalıdır. Əgər vuruşmaq istəyirsinizsə, Çin sona qədər döyüşəcək.
"Təzyiq, hədələmə və şantaj – Çinlə qarşılıqlı münasibət qurmaq üçün düzgün yol deyil”,-deyə Çin rəsmisi qeyd edib.
Musavat.com
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ