İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin öz vətəndaşlarını xarici ölkələrdə də izləyir

Xaricdəki çinliləri izləmək və casusluq etmək üçün qurulmuş qeyri-rəsmi Çin “polis məntəqələrinin” ən çox olduğu ölkə İtaliyadır.

Azpost.info xəbər verir ki, bu barədə “The Guardian” İspaniyanın “Safeguard Defenders” vətəndaş hüquqları təşkilatının hesabatına istinadən yazıb.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, İtaliyada 11 belə məntəqə var, dünya üzrə isə onların sayı 100-ə yaxındır.

O da məlumdur ki, belə “polis məntəqələri” Xorvatiya, Serbiya, Rumıniya, Kanada, Almaniya və Niderlandda fəaliyyət göstərir.

“İtaliyada 330 min Çin vətəndaşı yaşayır. Çinin ictimai təhlükəsizlik oraqanları xaricdəki vətəndaşlarını izləmək və müxalifləri vətənə qayıtmağa məcbur etmək üçün İtaliyadan sınaq meydançası kimi istifadə edir.”, – hesabtada qeyd olunur.

“Safeguard Defenders” bildirir ki, qeyri-rəsmi “polis məntəqələri” Çin tərəfindən təqib etmək, hədələmək, qorxutmaq və insanları əlavə cəzalar üçün Çinə qayıtmağa məcbur etmək üçün istifadə olunur.

Çin özü isə iddia edir ki, bu məntəqələr Çin vətəndaşlarına pasport və ya sürücülük vəsiqəsinin yenilənməsi kimi bürokratik prosedurlarda kömək edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR