İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin insan yerinə robot istehsalına keçir: “Səhər yeməyi istəmir, maaş almır, 24/7 işləyir…”

Musavat.com xarici mediaya əsasən xəbər verir ki, Çin süni intellekt və robototexnika sahəsində yeni mərhələyə qədəm qoyub.

Ölkədə insanabənzər robotların sənaye müəssisələrində insan işçilər əvəzinə işləməsi istiqamətində sürətli inkişaf gedir. Zavodlar, anbarlar və istehsal xətləri artıq robotlarla təchiz olunmağa başlayıb. Bu texnoloji sıçrayış istehsalatın məhsuldarlığını görünməmiş səviyyəyə çatdırmaq potensialına malikdir.

Təsəvvür edin – bir işçi ki, nə içməyə, nə yeməyə ehtiyac duyur, əmək haqqı istəmir, 24 saat fasiləsiz işləyə bilir. Üstəlik, bu robotlar öz-özünə öyrənmə bacarığına malikdir, yəni təcrübə qazandıqca daha da effektiv olurlar.

478c50f5-c5a7-4339-83ed-7bb864e05775.jpeg (142 KB)

Hazırda bu elmi-fantastik səslənən reallıq gözümüz önündə baş verir. ABŞ və Çin bu sahədə demək olar ki, baş-başadır, texnologiya yarışı isə daha da qızışır. Digər ölkələr isə “bir neçə ukraynalı kənd” uğrunda mübarizə apararkən, dünya artıq başqa istiqamətə – yüksək texnoloji rəqabət mərhələsinə qədəm qoyur.

18 mart tarixində NVIDIA şirkəti “Isaac GROOT N1” adlı dünyada ilk açıq platformalı, ümumi düşüncə və bacarıqlara sahib humanoid robot modelini təqdim edib. Bu robotun effektiv fəaliyyəti üçün RTX A6000 və ya RTX 4090 kimi güclü qrafik prosessorlar tələb olunur. Daha mürəkkəb tapşırıqlar üçün isə Nvidia DGX Spark və ya DGX H100 sistemləri lazımdır.

4f309b0c-03f3-4cb7-ac62-56545007e860.jpeg (48 KB)

ABŞ artıq bu tip yüksək performanslı çiplərin Çinə ixracını qadağan etsə də, qlobal iqtisadiyyatda bu tip embarqoların effektivliyi mübahisəlidir. Ekspertlər hesab edir ki, Çin artıq bir çox sahələrdə ABŞ-la texnoloji bərabərlik səviyyəsinə çatıb, bəzi istiqamətlərdə isə onu geridə qoyub.

İndi əsas sual budur: “Robot yarışında” qalib kim olacaq?

İlk olaraq kimin zavodları insan işçilərindən tam azad olacaq?

(Xəbərin hazırlanmasında Haqqin.az saytının yazısından da istifadə edilib)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR