İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin hakimiyyətinin bu addımı neft qiymətlərini aşağı saldı

Həftənin ilk günündən dünya bazarında neft qiymətlərinin kəskin ucuzlaşması müşahidə olunur.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, gün ərzində Brent markalı etalon neftin 1 barelinin qiyməti 76 dollardan 71.81 dollara qədər ucuzlaşıb.

Analitiklərə görə, neft bazarı Çində iqtisadiyyatın stimullaşdırılması tədbirlərinin yetərincə geniş olmamasının neqativ təsirindədir. Belə ki, ötən həftə Çin hökuməti yerli hökumətlərə kömək üçün 1,4 trilyon yuan (195,4 milyard dollar) ayıracağını açıqlayıb Bu, daha əhəmiyyətli stimul gözləyən investorları məyus edib. Bundan əlavə, şənbə günü dərc edilən məlumatlar, deflyasiya risklərini artırmaqla, oktyabr ayında Çində inflyasiyanın daha da yavaşladığını və istehsalçı qiymətlərinin aşağı düşdüyünü göstərdi.

Bu həftə treyderlərin diqqəti həmçinin OPEC, Beynəlxalq Enerji Agentliyi (IEA) və ABŞ Energetika Nazirliyinin neft hesabatlarına və proqnozlarına yönəlib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR