İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin hakimiyyəti pensiya və səhiyyə xərclərini artıracaq

Çinin Maliyyə Nazirliyi hökumətin 2025-ci ildə ölkə iqtisadiyyatı üçün fiskal stimullaşdırmanı artırmaq planlarını təsdiqləyib.

Musavat.com xəbər verir ki, məlumatı "MarketWatch" nazirliyin növbəti il üçün prioritetlərin müəyyənləşdiyi illik iclasdan sonra verdiyi açıqlamaya istinadən yayıb.

Planlara dövlət istiqrazlarının buraxılması, pensiyaların artırılması və səhiyyəyə əlavə subsidiyalar daxildir. Nazirlik həmçinin istehlakçılar üçün ticarət proqramlarını genişləndirəcəyini və investisiyaları stimullaşdırmağa çalışacağını açıqlayıb.

Çin səlahiyyətliləri daha əvvəl gələn il istehlak və tələbata daha çox önəm verəcəklərini vəd etmişdilər, lakin konkret addımlar çox güman ki, mart ayında qanunvericilər ölkənin 2025-ci il iqtisadi hədəflərini açıqlayanda açıqlanacaq.

Qeyd edək ki, Çində iqtisadi artım sürətinin azalması, istehlakın səviyyəsinin düşməsi dünya xammal bazarları üçün böyük təhlükə yaradır. Ən böyük istehlakçı olan Çinin alışları azaltması xammal qiymətlərini kəskin aşağı çəkir. Buna görə də bazarlar gələn il Çin hakimiyyətinin iqtisadi artımı sürətləndirmək üçün daha ciddi tədbirlər gözləyirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR