Onlayn ictimai-siyasi qəzet
Çin Tayvana qoşun endirmək üçün istifadə oluna bilən amfibiya əməliyyatlarından ötrü barjlardan ibarət donanma qurur.
Musavat.com xarici mediaya istinadla xəbə verir ki, Çin zirehli texnika və quru mexanikləşdirilmiş hissələrin daşınması üçün nəzərdə tutulmuş ən azı beş desant barjının tikintisinə başlayıb. “Naval News”un məlumatına görə, bu barjlar Çinə genişmiqyaslı amfibiya əməliyyatları, o cümlədən Tayvana qoşun desantları aparmağa imkan verə bilər.
Qeyri-adi gəmilər analitiklər tərəfindən Quançjoudakı gəmiqayırma zavodunda müşahidə edilib. Onların fikrincə, barj dizaynları müttəfiqlər tərəfindən Normandiya desantları zamanı istifadə edilən II dünya müharibəsi desant gəmisini xatırladır. Yeni Çin barjlarının əsas xüsusiyyəti texnikanın birbaşa yollara çıxmasına imkan verən uzun panduslardır.
Belə barjların prototipləri ilk dəfə 2022-ci ildə aşkar edilib, lakin kütləvi istehsal yalnız indi başlayıb. Bu, ÇXR-in regionda potensial əməliyyatlara hazırlaşmaq üçün hərbi potensialını gücləndirmək üçün əhəmiyyətli səylərini nümayiş etdirir.
Musavat.com
13 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ