Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasında (CHP) lider dəyişikliyinə münasibət bildirib.
Onun sözlərinə görə, CHP-yə yeni lider seçilməsi heç nəyi dəyişməyəcək.
Ərdoğan bildirib ki, Türkiyə müxalifəti terrorçuları dəstəkləyir:
“Dünən ana müxalifət partiyasının qurultayı keçirilib. Hörmətli Kamal (Kılıçdaroğlu) kiminlə vidalaşdı? O, Ədirnədə terrorçuların liderinə “sağol” deyib. Onların bir-birindən heç bir fərqi yoxdur. Onlar terror təşkilatları ilə çiyin-çiyinə gedirdilər”.
Qeyd edək ki, Türkiyədə ana müxalifət partiyasına yeni sədr seçilib. (Report)
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ