İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Məmmədov: “Məscidlərin dövlətin balansına verilməsinə ehtiyac var”

Milli Məclisin iclasında, hökumətin hesabatının müzakirəsi zamanı çıxış edən deputat Ceyhun Məmmədov bildirib ki, 2022-ci ildə dünyamız, eləcə də ölkəmiz bir sıra mühüm çağırışlarla üz-üzə qaldı. “Bütün bu hadisələrin fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının sabitliyi qorundu, işğaldan azad olunmuş ərazilərdə böyük abadlıq və quruculuq işləri uğurla davam etdirildi.

Görünən odur ki, qarşıdakı dövr də mürəkkəb və ağır olacaq. Hazırda hökumət bütün bu məsələləri nəzərə alaraq qabaqlayıcı tədbirlər həyata keçirir. Bu ağır dövrdə qarşıya qoyulan müqəddəs vəzifələrin yerinə yetirilməsinə bütün hökumət üzvlərinə uğurlar arzulayıram”. Bütün bunlarla burada yanaşı, deputat vətəndaşlarımızı narahat edən burada bir neçə məsələyə diqqət çəkmək istədiyini vurğulayıb:
“Prezident İlham Əliyevin və Birinci vitse-Prezident Mehriban Əliyevanın rəhbərliyi çoxlu sayda məktəb təmir və bərpa olunub. Lakin bu gün rəsmi məlumatlara əsasən ölkəmizdə 800 ətrafında təmirsiz məktəb var. Əlbəttə bunların hamısını bir ilə təmir və bərpa etmək mümkün deyil. Ancaq hesab edirəm prosesi daha da sürətləndirə bilərik. Mən bölgələrə davamlı səfərlər edirəm. Bəzi məktəblərin həqiqətən vəziyyəti çox ağırdır”. C.Məmmədov məscidlərdən bəhs edib: “Hesab edirəm məscidlərin dövlətin balansına verilməsinə və hər bir məscidin dövlət tərəfindən maliyyələşdirilməsinə ehtiyac var. Bu gün əksər məscidlərin maliyyələşdirilməsində, kommunal xərclərin ödənilməsinə bir sıra çətinliklər var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi problemin həlli üçün müəyyən addımlar atır. Ancaq bu məsələnin sistemli həllinə ciddi ehtiyac var. Kimsə deyə bilər ki, din dövlətdən ayrıdır. Ancaq nəzərə almaq lazımdır ki, din həm də təhlükəsizlik məsələsidir”.

Deputat deyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı məcburi köçkünlərə çox yüksəkdir: “Son illər çox böyük işlər görülüb. İnsanlarımız çox razıdırlar dövlətimizdən. Ancaq bu gün çox ağır şəraitdə yaşayan insanlarımız var. Mən məcburi köçkünlərə evlərin verilməsinin dayandırılması barədə qərarın həm də siyasi məqsəd daşıdığını anlayıram. Ancaq hesab edirəm həmin evlərin müvəqqəti olaraq məcburi köçkünlərə verilməsi məsələsi nəzərdən keçirilə bilər. Həmin insanlar doğma yurda tam qayıtdıqdan sonra yeni qərarlar qəbul edə bilərik”.

Eyni zamanda, qeyd edib ki, bəzi qaçqın şəhərciklərində bağça və tibb məntəqələri hələ də fəaliyyət göstərmir: “Bəli, böyük qayıdış prosesi sürətlə gedir. Ancaq düşünürəm bu məsələ də xüsusi diqqətdə saxlanılmalıdır.

Bu gün bəzi məcburi köçkün vətəndaşlarımız yaşadıqları kəndlərdə qazla bağlı problemlər var. Məsələn, Saatlının bir Nərimankənd kəndi var. Müraciət etmişik məsələ qaldırmışıq, ancaq hələ də nəticə yoxdur”

Deputat deyib ki, kəndlərin birləşdirilməsi məsələsi gündəmdədir və bu təbiidir: “Ancaq hesab edirəm kəndlər salınarkən mümkün qədər yerli əhalinin rəyi nəzərə alınmalıdır. Məsələn, Cəbrayılın bir Fuğanlı kəndi var. Onu götürüb birləşdiriblər Horovlu kəndinə. Halbuki əvvəlki dövrdə həmin kənd onunla eyni xəttdə yerləşən Şükürbəyli və şıxalağılı kəndi ilə bir yerdə olub. Sonda bir təkliflə də çıxış etmək istəyirəm. Düşünürəm böyük qayıdış prosesində töhfə vermək istəyən məcburi köçkünlərə mümkün qədər şərait yaradılmalıdır. Məsələn ola bilər layihələri dövlət versin. İmkanı olanlar özləri tiksinlər.
Bizə bir sıra müraciətlər var bəzi insanlarımız məktəb, bağça inşa etmək istəyirlər. Hesab edirəm böyük qayıdış prosesini sürətləndirmək üçün bu məsələyə baxıla bilər”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR