Onlayn ictimai-siyasi qəzet
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbula səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
Bu barədə Musavat.com-a XİN-dən məlumat verilib.
Bildirilib ki, görüşdə, Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə qlobal təhlükəsizlik problemləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Türkiyə Respublikasına 3+3 formatının növbəti görüşünə ev sahibliyinə, görüşün təşkilatçılığı və səmimi qonaqpərvərliyə görə təşəkkür edib. Bölgədə və dünyada sürətlə dəyişən təhlükəsizlik vəziyyətinin fonunda bu kimi məşvərət mexanizmlərinin əhəmiyyətinin daha da artdığı, bölgəmiz üçün ortaq təhdidlərlə mübarizədə əməkdaşlığın vacibliyi qeyd olunub. Bu istiqamətdə, Azərbaycan-Türkiyə müttəfiqliyinin, regional və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyəti diqqətə çatdırılıb.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, sülh prosesinin qarşısında duran çağırışların hələ də qalmaqda olduğunu bildirib. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının davam etdirilməsinin, habelə Ermənistan tərəfindən bu istiqamətdə sistematik işlərin görülməsi yerinə, problemin gözardı edilməsinin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov, həmçinin həmkarını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik görülən hazırlıq işləri barədə məlumatlandırıb.
Türkiyənin qardaş Azərbaycanın bölgədəki sülh və quruculuq səylərini hər zaman dəstəklədiyi, habelə prosesin tezliklə yekunlaşmasına dair ümidvarlıq ifadə olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
07 Noyabr 2024
06 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ