İnsanlara hürriyət, millətlərə istiqlal!

Çexiya prezidentindən ŞOK AÇIQLAMA: “Əgər Rusiya nüvə silahından istifadə edirsə...”

Avropa dövlətləri, eləcə də digər ölkələr Rusiyaya Ukraynada nüvə silahından istifadə etməsi halında təkcə diplomatik deyil, həm də hərbi reaksiya göstərəcəkləri barədə mesaj verməlidir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Ceske Noviny saytında məlumat yayılıb.

Praqada Qətər əmiri ilə görüşdən sonra Çexiya prezidenti Miloş Zeman Rusiyanın təhdidlərinin ciddi nüvə münaqişəsi riskinin yarandığı anlamına gəldiyini bildirib.

Onun fikrincə belə bir şəraitdə təkcə Avropa dövlətləri deyil, qalan ölkələr cavab tədbirlərinə hazır olmalıdır.

Xatırladaq ki, Miloş Zeman Çexiyada və bütün Avropada Rusiyaya yaxın nadir siyasətçilərdən hesab olunur. O hətta müsahibələrindən birində Ukraynanın Krımın itirilməsi ilə barışmalı olduğunu demişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR