İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəsarət Valehov YÜKSƏK VƏZİFƏYƏ təyin olundu

Mədəniyyət Nazirliyində yeni təyinatlar olub.

Musavat.com APA-ya istinadən xəbər verir ki, mədəniyyət nazirinin müvafiq əmri ilə Mustafa Abbasbəyli Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin olunub.

Mustafa Abbasbəyli bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Nazirin bir başqa əmri ilə isə Cəsarət Valehov nazir Adil Kərimlinin müşaviri təyin edilib.

O, bir müddət öncə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsindən ayrılıb.

Hər iki təyinatı Mədəniyyət Nazirliyindən APA-ya təsdiq ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR