İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Kipr İsraildən “Dəmir Qübbə” alacaq

İsrailin “Dəmir Qübbə” raketdən müdafiə sistemi Müdafiə Nazirliyinin təsdiqindən sonra Kipr Milli Qvardiyasına veriləcək.

Musavat.com xəbər verir ki, bu barədə Cənubi Kiprin “Kathimerini” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, müvafiq saziş həm İsrail, həm də Cənubi Kipr rəsmiləri tərəfindən imzalanıb.

İsrail istehsalı sayılan “Dəmir Qübbə” sistemi Cənubi Kipr hökumətinin müdafiəsinə ehtiyac duyduğu əraziləri tamamilə əhatə edir. Qəzetin informasiyasına əsasən, sistem həm hava hücumundan müdafiə, həm də Türkiyənin pilotsuz təyyarələrinə qarşı mübarizə üçün ideal sayılır.

İyun ayında rəsmi Nikosiya İsraillə Kipr hərbçiləri üçün şəxsi mühafizə sistemlərinin tədarükünə dair saziş imzalayıb. Təqdim olunan avadanlıqlara “Source” şirkəti tərəfindən hazırlanmış fərdi qoruyucu sistemlər və “Marom Dolphin” firması tərəfindən istehsal olunan taktiki daşıyıcı sistemlər daxildir.

“Biz İsrail dövləti ilə müdafiə sahəsində uzunmüddətli strateji tərəfdaşlıq qurmaqdan məmnunuq. Bu, regional sabitliyə, təhlükəsizliyə və firavanlığa töhfə verən qarşılıqlı faydalı əməkdaşlıqdır”, - Kiprin müdafiə naziri Haralambos Petrides bildirib.

May ayında İsrail Müdafiə Ordusunun 1 ay davam edən “Atəş Arabaları” adı verilən hərbi təlimlərində Kipr Milli Qvardiya qüvvələri də iştirak edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR