İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəmi 30 qram yemək bəs edir... - Orqanizm üçün MÖCÜZƏ

Maqnezium çatışmazlığı iştahsızlıq, ürəkbulanma, qusma, saç tökülməsi, qəbizlik, yorğunluq və halsızlıq kimi problemlərə səbəb olur. Mütəxəssislər maqnezium çatışmazlığına qarşı xəbərdarlıq edir. 

Musavat.com xəbər verir ki, Türkiyənin tanınmış həkimi Osman Müftüoğlu maqneziumla zəngin qidaları sıralayıb.

Maqneziumla zəngin 10 qidanı təqdim edirik:

İspanaq: 1 stəkan ispanağın tərkibində 157 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 40 faizidir.

Pazı: 1 stəkan pazının tərkibində 154 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 38 faizidir.

Avokado: 1 orta ölçülü avokadonun tərkibində 58 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 15 faizidir.

Əncir: 1 orta ölçülü əncirin tərkibində 50 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 13 faizidir.

Qara lobya: 1/2 fincan qara lobyanın tərkibində 60 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 15 faizidir.

Tünd şokolad: 1 kvadrat tünd şokoladın tərkibində 95 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 24 faizidir.

Banan: 1 orta ölçülü bananın tərkibində 32 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 8 faizidir.

Qatıq və ya kefir: 1 stəkan qatığın tərkibində 50 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 13 faizidir.

Badam: 30 qram badamın tərkibində 8 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 20 faizidir.

Balqabaq toxumu: 1/8 fincan balqabaq toxumunun tərkibində 92 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 23 faizidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR