Onlayn ictimai-siyasi qəzet
Bu ilin 10 fevral tarixində Cəlilabadda 4 saylı məktəbin 9-cu sinif şagirdi Z. Məmmədovu (soyad şərtidir) bıçaqlayan həmin məktəbin şagirdi, 2009-cu il təvəllüdlü Ə. Hacıyevə hökm oxunub.
Publika.az-ın əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 yaşlı yeniyetmə 3 il müddətinə həbs cəzasına məhkum edilib. O, Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.
Həmçinin müəyyən edilib ki, hadisəni törədən yeniyetmə ilə bıçaqlanan şəxs məktəbdə paralel siniflərdə oxuyublar. Ə. Hacıyev iddia edib ki, Z. Məmmədov ona dəfələrlə əxlaqsız təkliflər edib, söyərək şəxsiyyətini alçaldıb. O da qisas almaq məqsədilə bu əməli törədib.
Z. Məmmədov isə deyib ki, Ə. Hacıyev onu aldadaraq dərə adlanan yerə aparıb: “Mənə dedi ki, dərədə tülkü ölüb qalıb. Oraya gedəndə dedi ki, “sən idmanla məşğul olmusan, əzələlərin güclüdür, olar köynəyini qaldırasan baxım”. Mən köynəyimi qaldıranda bıçaq çıxarıb vurdu”.
Qeyd edək ki, Z. Məmmədov hadisədən sonra dərədə huşsuz vəziyyətdə qalıb. Onu görən şəxslər təcili xəstəxanaya çatdırıblar və orada ayılıb.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ