İnsanlara hürriyət, millətlərə istiqlal!

Çeçenistanda ŞOK PRAKTİKA: tibb işçisi də üzr istədi

Çeçenistanın Urus-Martan rayon xəstəxanasının baş tibb bacısı oktyabrın 5-dək hərbi bilet gətirməyən həkimlərin Ukraynadakı müharibəyə səfərbər olunacağına dair audiomüraciətinə görə ictimaiyyət qarşısında üzr istəməyə məcbur edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hadisədən sonra o və xəstəxananın baş həkimi respublikanın səhiyyə naziri Süleyman Lorsanov tərəfindən çağırılıb. Tibb bacısının üzrxahlıq videosu “Qroznı TV”nin efirində yayımlanıb.

Videoda xəstəxananın baş həkimi həqiqətən də səfərbərliklə bağlı müşavirə keçirildiyini söyləyib. Ancaq oktyabrın 5-dən sonra həkimlərdən heç birinin cəbhəyə getməsi barədə söhbət olmayıb. Tibb işçisi sözlərinin səhv başa düşüldüyünü söyləyib.

Nazirlə söhbətdən sonra tibb bacısı müharibəyə könüllü getməyə hazır olduğunu bəyan edib.

“Azadlıq radiosu”nun məlumatına görə, Çeçenistanda ictimai üzr istəməyə məcbur etmək və “günahkarları” aşağılamaq geniş şəkildə tətbiq olunur. Hətta 2021-ci ilin oktyabrında Çeçenistanın baş nazirinin müavini Cambulat Umarov “hər kəsin qarşısında üzr” praktikasının bütün Rusiyaya tətbiq olunmasını təklif edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR