Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp ABŞ-ın noyabrın 23-dən 25-dək Yohannesburqda keçiriləcək G20 sammitində iştirak etməyəcəyini açıqlayıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onun sözlərinə görə, Cənubi Afrikada baş verən hadisələrə görə Birləşmiş Ştatlar görüşdə iştirakda heç bir məna görmür.
“Truth Social” sosial şəbəkəsində verdiyi açıqlamada Tramp yazıb ki, Cənubi Afrikada ağdərili fermerlərin torpaqları kütləvi şəkildə ələ keçirilir və onun sözlərinə görə, fermerlər və onların ailələri öldürülür. O, medianı bu məlumatı ört-basdır etməkdə ittiham edib.
“Onlar ağdərili fermerlərin torpaqlarını alırlar və sonra onları və ailələrini öldürürlər. Media bu barədə məlumat verməkdən imtina edir. Birləşmiş Ştatlar Cənubi Afrikaya bütün yardımları dayandırıb. G20 üçün olmaq istədiyimiz yer budurmu? Mən belə düşünmürəm!” – Tramp yazıb.
Bundan əvvəl ABŞ bu ölkəni irqi ayrı-seçkilikdə ittiham edərək, Cənubi Afrikaya qarşı sanksiyalar tətbiq etmişdi.
Qeyd edək ki, vaxtilə CAR qaradərililərin amansız irqi ayrıseçkiyə, aparteid siyasətinə məruz qaldığı ölkə kimi məşhur idi.
Musavat.com
19 Aprel 2025
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ