İnsanlara hürriyət, millətlərə istiqlal!

Camala Ukrayna ordusu üçün 125 milyon topladı

Ukraynanı 2016-cı ildə "Avroviziya"da təmsil edən və qalib olan Camala Rusiyanın ölkədə həyata keçirdiyi hərbi əməliyyatlara görə oranı tərk etmək məcburiyyətində qalmışdı.

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladlarını İstanbulda bacısının yanında qoyub, özü isə "Avroviziya 2022"nin milli seçimlərində oxumağa və Ukrayna ordusuna dəstək olmağa gedib.

Camala bu addımı ilə təkcə Almaniyadan 67 milyon avro (təxminən 125 milyon 913 min manat) vəsait yığa bilib. Bu barədə müğənni sosial şəbəkədə məlumat verib:

"Almaniyada Avroviziyanın milli seçimlərində 67 milyon avro toplandı. Bunlar hər birinizin sayəsində oldu. Vəsait Ukraynanın dəstəyinə veriləcək. Öz evimizdə yaşamaq hüququ uğrunda mübarizədə bizi dəstəkləyən hər kəsə minnətdaram. Dinc səma altında gələcək qurmaq ümidi ilə...".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR