İnsanlara hürriyət, millətlərə istiqlal!

Cadugərliyə görə 20-dən çox qadın öldürüldü

"Boko Haram" qruplaşmasının terrorçuları Nigeriyanın şimal-şərqində cadugərlikdə şübhəli bilinən 20-dən çox qadını qətlə yetiriblər.

Qətliama səbəb silahlı qrupun komandirlərindən birinin üç uşağının qəfil ölümü olub. Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, Ahraza kəndinin (Borno ştatı) 40-dan çox sakinini hadisədə iştirakda ittiham edib.

Nəticədə "Boko Haram" üzvləri 14 qadını, sonra daha 12 qadını güllələyiblər. Onların hamısı terrorçular tərəfindən cadugər olmaqda günahlandırılıb.

Borno əyalətində qruplaşma tərəfindən tutulan digər qadınların taleyi hazırda məlum deyil.

Hadisə ilə bağlı Nigeriya təhlükəsizlik xidmətləri araşdırma aparır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR