İnsanlara hürriyət, millətlərə istiqlal!

Buzovnada 3 nəfəri öldürməkdə ittiham edilirdi- Ömürlük həbsi tələb olundu

Buzovna qəsəbəsində bir ailənin üç üzvünü qətlə yetirməkdə ittiham edilən Nofəl Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

“Qafqazinfo”nun məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror Orxan Səmədov ittiham nitqi ilə çıxış edib.

Prokuror N.Səfərovun itttihamlarla təqsirli bilinərək qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilməsini tələb edib. Məhkəmə ittihamçının tələbini təmin edəcəyi halda müttəhim qalan ömrünü Qobustan qapalı həbsxanasında keçirməlidir. 

Məhkəməyə sədrlik edən hakim Leyla-Əsgərova vəkilə müdafiə çıxışına hazırlaşmaq üçün martın 4-nə kimi vaxt verib.

Qeyd edək ki, hadisə 2022-ci ilin dekabrında qeydə alınıb. İttihama görə, 48 yaşlı Nofəl Səfərov şəxs zərərçəkmişlərin qızıllarını oğurlamaq və şəxsi münasibətlər zəminində keçmiş arvadının babasını, nənəsini və keçmiş arvadının dayısını öldürüb, hadisə vaxtı xəsarət alan şəxs isə onun qaynı olub. 

Təqsirləndirilən şəxs cinayət aləti kimi balta və bıçaqdan istifadə edib. Qətlə yetirilənlərdən biri ruhi xəstə olub. 

Səfərova qarşı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) madələri ilə ittiham verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR