Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Çeçenistan hökumətinin 2024-cü ilin yekunlarına həsr olunmuş iclasında respublika rəhbəri Ramzan Kadırov hökumətin fərqlənən üzvlərini mükafatlandırıb.
Mükafat alanlardan biri də Ramzan Kadırovun qardaşı oğlu Hamzat Kadırovdur.
Ramzan Kadırov təhlükəsizlik şurasının katibi, öz qardaşı oğlu Hamzat Kadırova 25 dekabr 2024-cü il tarixdə Çeçenistan üzərində bütün hava hədəflərini vurduğuna görə "Çeçenistan qarşısında xidmətlərinə görə" medalı verib.
Qeyd edək ki, dekabrın 25-də səhər saatlarında Hamzat Kadırov sosial şəbəkələrdə məlumat verib ki, Çeçenistana hücum edən bütün PUA-lar vurulub. Çeçenistan Təhlükəsizlik Şurasının katibi yazıb: “Dronların hansısa obyekti vurması barədə məlumat doğru deyil, hər şey vurulub!”.
Elə həmin gün Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğradığı məlum olub. Təyyarə Qroznıda eniş edə bilməyib və qəzaya uğradığı Aktauda təcili eniş tələb edib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub./Unikal.az/
28 Dekabr 2024
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ