Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 30-da üsyançı hərbi qüvvələr tərəfindən hakimiyyətdən uzaqlaşdırılan Burkina-Faso prezidenti, polkovnik-leytenant Pol-Anri Sandaoqo Damiba bazar günü dövlət başçısı vəzifəsindən istefa verməyə razılaşıb.
Musavat.com Report-a istinadən xəbər verir ki, bu barədə “Radio France internationale” radiostansiyası məlumat yayıb.
Radiostansiya bildirib ki, Damiba qiyamçıların istefa tələbi ilə razılaşıb. Məlumata görə, Damiba oktyabrın 2-də Burkina-Fasonu tərk edərək qonşu ölkə Toqoya yollanıb. “Radio France internationale” vurğulayıb ki, Damiba ilə qiyamçılar arasında aparılan danışıqlarda iştirak edən Toqo prezidenti For Qnassinqbe Burkina-Fasonun keçmiş prezidentinin gəlişinə razılıq verib.
Sentyabrın 30-da Burkina-Fasoda dövlət çevrilişi edən hərbi qrup Damibanı ölkə prezidentliyindən uzaqlaşdırdığını bəyan edib. Kapitan İbrahim Traore Burkina-Fasonun yeni lideri olub. Hakimiyyəti ələ keçirən hərbçilər hökumətin buraxıldığını, konstitusiyanın və istənilən siyasi fəaliyyətin dayandırıldığını elan ediblər.
15 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ