Onlayn ictimai-siyasi qəzet
Tanınmış şairə və aparıcı Nazilə Səfərli sosial media hesabında izləyicilərin diqqətini çəkən yeni paylaşımı ilə gündəmə gəlib.
"Instagram" hekayə bölməsində paylaşdığı videoda o, atasının onu "şayba" almağa göndərməsindən gileylənib və bu vəziyyətin ona qəribə gəldiyini bildirib.
"Atam məni şayba almağa göndərib, mənim günümə-saatıma bax! İndi mən inşaat malları satılan mağazaya gedib deməliyəm ki, mənə şayba ver. Mən boyda qadını atam şayba almağa göndərir. Burada o qədər "şaybalar" var, gərək mağazadan alım?" – deyə şairə bildirib.
Səfərlinin bu sözləri sosial mediada müxtəlif reaksiyalar doğurub. Bəziləri onun bu sözlərini zarafat kimi qəbul edərək gülüşlə qarşılasa da, digərləri bu ifadəni fərqli məqamlara yozmağa başlayıb. (Yenisabah.az)
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ