Onlayn ictimai-siyasi qəzet
Cənubi Karolina ştatının keçmiş qubernatoru Nikki Heylinin 2024-cü il ABŞ prezident seçkilərində qalib gəlmək şansı xeyli artıb. Sosial mediada iddialar var ki, Donald Trampın da Co Bayden kimi yarışdan çəkiləcəyi halda onu Nikki Heyli əvəz edəcək.
Musavat.com xəbər verir ki, bu barədə “Newsweek” Böyük Britaniyanın “Uilyam Hill” bukmeker kontorunun məlumatlarına istinadla yazır.
Avqustun 6-da bukmeker kontorları prezidentlik yarışından geri çəkilən Heylinin Ağ Evin rəhbəri seçiləcəyinə 250/1 (0,4 faiz) əmsal təklif etsə də, avqustun 8-də bu əmsal 50/1-ə (2 faiz) endirilib. Kontor sözçüsü Li Filipsə görə, bu ehtimallar Heylinin Trampı respublikaçı namizəd kimi əvəz etməsinə əsaslanır.
Li Filips deyib: "ABŞ prezidentliyi uğrunda yarışda artıq çoxlu dönüşlər olub və biz respublikaçı Nikki Heyli ilə bağlı daha bir böyük dönüşün baş verdiyini görə bilərik".
Xatırladaq ki, 2023-cü ilin fevralında Heyli ABŞ prezident seçkilərində iştirak etmək üçün özünü rəsmən irəli sürüb. Çoxları onun haqqında Trampa mötədil alternativ kimi danışmağa başlayıb, lakin 6 mart 2024-cü ildə o, seçki yarışını tərk edib. Eyni zamanda, bir neçə ay sonra iyul ayında Tramp prezidentlik yarışında keçmiş rəqibinə zəng edərək, ondan respublikaçıların qurultayında iştirakını xahiş edib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ