İnsanlara hürriyət, millətlərə istiqlal!

Büdcənin neft-qaz sektorundan vergi gəlirləri azalıb

Bu ilin birinci rübündə Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4 milyard 776,0 milyon manat təşkil edib.

Musavat.com Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, proqnozla müqayisədə 6,7 milyon manat və ya 0,1 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 213,4 milyon manat və ya 4,7 faiz çoxdur.

Cari ilin birinci rübündə dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 24,2 faizi və ya 1 milyon 155,7 milyon manatı(ötən ilin eyni dövrü ilə müqayisədə 211.6 milyon manat az) vergi orqanlarının xətti ilə daxilolmaların, 75,8 faizi və ya 3 milyard 620,3 milyon manatı(425 milyon manat çox) Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 49,6 faizi və ya 572,9 milyon manatı(95 milyon manat azalma) Şahdəniz yatağı üzrə mənfəət vergisi, 40,7 faizi və ya 471,1 milyon manatı(6.3 milyon manat artım) Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,7 faizi və ya 111,7 milyon manatı(122.6 milyon manat azalma) ABƏŞ-in mənfəət vergisi hesabına təmin edilib.

Xatırladaq ki, 2024-cü ilin birinci rübündə dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4 milyard 562,6 milyon manat təşkil etmişdi.

Bu məbləğim 30,0 faizini və ya 1 milyard 367,3 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 70,0 faizini və ya 3 milyard 195,3 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert təşkil etmişdi.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft-qaz gəlirlərinin 48,8 faizi və 667,9 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergisindən, 34,0 faizi və ya 464,8 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilərdən, 17,2 faizi və ya 234,6 milyon manatı ABƏŞ-in mənfəət vergisindən ibarət olmuşdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR