Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski amerikalı Leks Fridmana 3 saatlıq müsahibə verib.
Musavat.com-un xəbərinə görə, Ukrayna lideri Qərb dövlətləri ilə bağlı bir sıra tənqidi açıqlamalar verib.
Zelenskinin hədəfinə ən çox 1994-cü ildə Rusiyanın iştirakı ilə Budapeşt Memorandumunu imzalayan, Ukraynanın ərazi bütövlüyünün qarantı kimi çıxış edən ABŞ və Böyük Britaniya gəlib.
Volodimir Zelenski müsahibəsində həmin dövlətləri Ukraynanı az qala satmaqda ittiham edib.
“İndi başa düşürük ki, bunların heç bir təhlükəsizlik zəmanəti olmayıb. Bu sazişi hazırlayan bütün insanları tapıb, sadəcə həbsxanaya salmaq lazımdır. Donbas və Krımın bir hissəsi işğal edildikdən sonra Ukrayna onlara 3 dəfə məktub göndərib. Kimsə bu məktublara cavab verdimi?”, - deyə Zelenski qeyd edib.
Musavat.com
08 Yanvar 2025
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ