İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, yeni hücum taktikasıdır” - Rusiya nəşri

Rus ekspertlər Tehrandakı hadisə haqda nə dedi?

“Son illər bir çox böhranlar yaşayan Azərbaycanla İran arasında münasibətlər diplomatik həddə ən aşağı səviyyəyə düşüb”.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın nüfuzlu “Kommersant” qəzeti yazır. “Kommersant” yazır ki, Tehrandakı Azərbaycanın diplomatik missisiyasının binasına silahlı hücumdan sonra Bakı səfirlik əməkdaşlarının təxliyyə edildiyini elan edib. Nəşr yazır ki, Bakı şəxsi motivlərə görə “İran vətəndaşının diplomatik nümayəndəliyə daxil olaraq “Kalaşnikov” avtomatından atəş açaraq bir mühafizəçini öldürüb, ikisini isə yaralmasına itkin düşən arvadını axtarırdı” versiyasına şübhə ilə yanaşır, “İran xüsusi xidmət orqanlarının təxribatı” ehtimalına işarə edir.

WhatsApp Image 2023-01-28 at 14.24.00.jpeg (37 KB)

“Kommersant” yazır ki, hadisədən sonra İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək “Tehran və Bakının düşmənlərinin insidentdən istifadə etməsi”nə işarə edib. “Biz bu hadisənin iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərməsinə icazə verə bilmərik”, - deyə, nəşr İran xarici işlər nazirin sözlərini yayıb.

Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Nikita Smaqin hadisə ilə bağlı nəşrə danışıb. O qeyd edib ki, hadisə məhz ölkələr arasında “münasibətlərdə problemlər yaşandığı” zaman baş verib və bu, Azərbaycan ictimaiyyətinin ciddi narazılığına səbəb olub. Smaqin iddia edib ki, İranın təhlükəsizlik xidmətləri belə bir hücum planlaşdırıldığını “gözdən qaçıra da bilərdi, çünki indi onların bütün səyləri hazırda ölkəni bürümüş etirazlara qarşı mübarizəyə yönəlib”.

Nəşr yada salır ki, bundan əvvəl Azərbaycanın London və Parisdəki səfirliklərinə hücumlar olub, lakin İrandakı diplomatik missiyadakı kimi qan tökülməyib. Nikita Smaqinin fikrincə, İranın xüsusi xidmətlərinin səfirliklərə qarşı planlaşdırdığı bu cür təxribatlar adətən, tamamilə fərqli şəkildə baş verir. “Kommersant”ın eksperti deyir ki, “İran hakimiyyəti hansısa mesajı göndərmək istəyirsə, həmin diplomatik missiya qarşısında izdihamlı aksiya təşkil təşkil edir. Sonra isə kimsə guya gözdən yayınıb, səfirliyin qapısına, məsələn yanan maddə atır”. Ekspert deyib ki, təkbaşına silahlı bu cür hücum təşkilinin arxasında əgər doğurdan da İranın xüsusi xidmətləri dayanırsa, “bu nədirsə yeni bir taktikadır”.

WhatsApp Image 2023-01-28 at 14.24.04.jpeg (47 KB)

Rusiyanın başqa bir nəşri Pravda.ru isə hadisə haqda yazır ki, ekspertlər İranla Azərbaycan arasında bundan sonra müsbət münasibətlərinin perspektivini təsəvvür edə bilmirlər.

Elmi-Tədqiqat İnstitutunun Humanitar və Mədəniyyətşünaslıq fakültəsinin üzvü, sosiologiya və dinşünaslıq professoru Seyid Cavad Miri hesab edir ki, hər iki ölkədə millətçilik güclənib. Cənubi Qafqaz İnstitutunun baş mütəxəssisi Salar Sefaldini isə deyib ki, ölkələr arasında münasibətlərin pisləşməsi 2020-ci ildə Bakının ikinci Qarabağ müharibəsində qələbəsini nəzərdən sonra başlayıb və “tədricən hətta bu qarşıdurmaya vəziyyətə gətirib çıxara bilər". Ekspertin fikrincə, gərginliyə əsas səbəb Zəngəzur dəhlizidir: “İran isə bu məsələni özünün “qırmızı xətti” hesab edir, çünki Sünik bölgəsindəki bu dəhliz vasitəsilə İranın Qara dənizə çıxışı var. Tehran regiondakı tarixi rəqibi Türkiyənin Transqafqazı mühasirəyə almasına imkan vermək istəmir.”

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR