İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu universitetlərin yataqxanaları tikilə bilər

"Azərbaycanda tələbələrin təhsil səviyyəsi ilə yanaşı, onların yerləşdirilməsi məsələsi də diqqətdə saxlanılmalıdır. Bu məqsədlə tələbə yataqxanalarının tikintisi zəruridir".

Musavat.com xəbər verir ki, bunu bu gün Təhsilin İnkişafı Fondunun hesabat tədbirində Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.

O bildirib ki, biz həm özəl, həm də dövlət qurumları ilə əməkdaşlıq edirik:

"Düşünürük ki, özəl sektor bağçaların açılmasına, məktəblərin tikilməsinə maraq göstərirlər. Odur ki, özəl sektoru cəlb edərək yataqxanalarada şəraitin yaxşılaşdırılması hədəflər arasındadır. Bu il üçün iki universitet üçün yataqxana tikintisinə başlanıla bilər. Bu il Gəncədəki Azərbaycan Texnologiyalar Universiteti və Azərbaycan Texniki Universitetinin yataqxanalarının tikintisinə başlanıla bilər".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR