Onlayn ictimai-siyasi qəzet
Türkiyənin cənub-şərqində yerləşən Mersin şəhərində yol qəzası baş verib.
Musavat.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, mikroavtobusun iştirakı ilə baş verən yol qəzasında 5 nəfər həlak olub, 10-dan çox insan yaralanıb.
Bildirilir ki, mikroavtobus kənd təsərrüfatı işçilərini daşıyırmış. İlkin məlumatlara əsasən, qəzada həlak olan və yaralananların hamısı Türkiyə vətəndaşlarıdır.
Şahanə Rəhimli
Musavat.com
10 Oktyabr 2025
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ