Onlayn ictimai-siyasi qəzet
“Biz dürüst olmalıyıq. Birinci hissədə dəhşətli oynadıq. Sadəcə bəxtimiz gətirdi ki, hələ də oyunda qaldıq. Fasilədə bu vəziyyətin dəyişməli olduğunu danışdıq”.
Bunu “Kopenhagen”in futbolçusu Tomas Delaney UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”la keçirilən oyun barədə danışarkən deyib.
34 yaşlı orta sahə oyunçusu hücumdakı dişsizliyin qurbanı olduqlarını bildirib:
“Məncə, ikinci hissədə vəziyyəti qismən dəyişməyi bacardıq. Sanki rəqibin bizə qarşı ilk hissədə qazandığı üstünlüyü ələ keçirdik. Amma yenə də nəsə çatışmırdı. O iradə, o döyüşkənlik, hücumda dəqiqlik çatmadı ki, rəqibdən əvvəl topa çata bilək”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda “Qarabağ” 2:0 hesablı qələbə qazanıb. (Futbolinfo.az)
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ