Onlayn ictimai-siyasi qəzet
Husilər Yəmənin şimalında BMT-nin daha doqquz əməkdaşını saxlayıblar.
Musavat.com xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.
Onun sözlərinə görə, 2021-ci ildən bəri husilər tərəfindən özbaşına saxlanılan BMT əməkdaşlarının ümumi sayı 53-ə çatıb.
Son insidentin dəqiq tarixi göstərilməyib.
Düjarrik qeyd edib ki, BMT-nin baş katibi Antonio Quterreş husilərin hərəkətlərini “qətiyyətlə pisləyir” və həbs olunan bütün əməkdaşların dərhal azad edilməsini tələb edir.
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ