Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının həyat yoldaşı, türkiyəli müğənni Doğuş paylaşımı ilə adından söz etdirib.
50 yaşlı sənətçi “dar günün dostu” mövzusu ilə bağlı instaqram səhifəsində post yayımlayıb.
“Bu ümidsiz günlərdə danışmadığınız, hətta incidiyiniz və ya əsəbiləşdiyiniz insan sizə yazırsa, bilin ki, o, sizin əsl sevəninizdir”, - deyə Doğuş yazıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Doğuşun qayınanası Ofeliya Baxşəliyeva uzun sürən xəstəlikdən dünyasını dəyişib. Bu hadisə təkcə yerli mediada deyil, eyni zamanda türk mətbuatında da xəbərə çevrilib. (Olay)
ŞƏRHLƏRŞƏRH YAZ