İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu türk ölkəsində hicab QADAĞASI

Qazaxıstanda ictimai yerlərdə hicab və digər dini geyimlər qadağan edilə bilər.

Musavat.com yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Astanada keçirilən brifinqdə mədəniyyət və informasiya naziri Aida Balayeva bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Mədəniyyət Nazirliyi yeni qanun layihəsi hazırlayacaq.

Qeyd olunub ki, hökumətin diqqətini dini ekstremizlə mübarizəyə cəlb etmək üçün dəfələrlə çağırışlar edilib.

"Dini məsələlər getdikcə aktuallaşır. Məsələ əhalinin dindarlığında deyil, dini savadsızlığındadır. Qeyri-ənənəvi dini cərəyanların ənənəvi cərəyanlarla yanaşı necə fəal işlədiyini görürük. Ona görə də nazirlik üç istiqamətdə iş aparır", - deyə Balayeva bildirib.

O, bu işə ilahiyyatçıların, ekspertlərin və ictimai təşkilatların cəlb olunacağına söz verib:

“Biz bu normaları ən azından ictimai yerlər üçün araşdırıb təklif edəcəyik. Bunu mən dünya təcrübəsində də görürəm. Çünki bu artıq təhlükəsizlik məsələsidir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR