İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronu arvadı yenə biabır elədi- Əli havada qaldı- Video

Fransa Prezidenti Emmanuel Makronun ailə həyatında yenidən gərginlik əlamətləri müşahidə olunub.

Musavat.com xəbər verir ki, prezidentin həyat yoldaşı Bricit Birləşmiş Krallığa səfəri zamanı onu qarşılayan Makronun əlini tutmaqdan imtina edib.

Hadisə prezident cütlüyünün təyyarədən enərkən yaşanıb. Təyyarədən enərkən Bricit Makron əri Emmanuelin uzatdığı əli qəbul etməyib və onun əvəzinə dəstəklikdən yapışaraq yerə enib. Prezident isə əlini geri çəkərək birbaşa görüşə gələn qonaqlara — Uilyam şahzadə və Ketrin Middltına tərəf yönəlib.

Qeyd edək ki, bu, Makron cütlüyü arasında ilk belə hadisə deyil. Bu ilin mayında Vyetnama səfər zamanı da oxşar gərginlik yaşanmışdı. Həmin vaxt Bricit Makron trapın başında prezidentin əlini açıq şəkildə itələyərək diqqətləri üzərinə çəkmişdi.

Fransa mətbuatında yayılan xəbərlərə görə, cütlük arasında son aylarda münasibətlərdə soyuqluq müşahidə olunur.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR