İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şirkət 9 min əməkdaşını işdən çıxarır

"Amazon.com Inc." şirkəti müxtəlif şöbələrdən 9 min nəfəri işdən azad etməyi planlaşdırır.

Bu barədə "MarketWatch" portalı şirkətin rəhbəri Endi Cessiyə istinadən bildirib.

Yaxın həftələrdə ixtisarlar "Amazon Web Services"in bulud bölməsinin əməkdaşlarına, texnologiya tərtibatçılarına və reklam departamentinin əməkdaşlarına, həmçinin "Twitch" axın xidmətinə təsir göstərəcək.

Qeyd edək ki, "Amazon" rəhbərliyi yanvarın əvvəlində 18 000-dən çox iş yerini ixtisar edəcəyini açıqlamışdı. (Trend)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR