Onlayn ictimai-siyasi qəzet
Tatarıstanda cinsini dəyişmiş şəxslərə uşaqları övladlığa götürmək və ya onların qəyyumuna çevrilmək qadağandır.
Belə dəyişiklikləri Tatarıstan Dövlət Şurasının deputatları respublikanın Ailə Məcəlləsinə qəbul ediblər.
Qanunda qeyd edilir ki, ər-arvaddan biri cinsiyyətini dəyişirsə, bu, boşanma üçün əsasdır.
Dəyişiklikləri parlamentarilər yekdilliklə dəstəkləyib, 77 deputat lehinə səs verib.
Yada salaq ki, iyulun sonunda Rusiya prezidenti Vladimir Putin ölkədə cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun imzalayıb. Bu, yalnız tibbi göstərişlər olduqda edilə bilər.//Lent.az
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ