Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın prezidentinin köməkçisi Stiven Vitkoff və Ukrayna üzrə xüsusi elçi Keyt Kelloq Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün İstanbula səfər edəcək.
Musavat.com xəbər verir ki, məlumatı Reuters yayıb.
Qeyd edək ki, danışıqlar Rusiya prezidenti Vladimir Putinin ABŞ, Avropa və Ukraynanın 30 günlük şərtsiz atəşkəs təklfinə cavab olaraq irəli sürdüyü təklifə əsasən mayın 15-də İstanbulda keçiriləcək.
Ukrayna prezidenti Vladimir Zelenski Putinin təklifinə cavab olaraq 15-də İstanbula özünün gedəcəyini və Rusiyalı həkmarını birbaşa danışıqlar üçün gözləyəcəyini bəyan edib. Rusiya tərəfindən hələlik bu təklifə reaksiya verilməyib.
Maraqlıdır ki, Yaxın Şərqə səfər edən ABŞ prezidenti Donald Tramp da Putin və Zelenski ilə danışıqlara qoşula biləcəyini istisna etməyib.
Musavat.com
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ