Onlayn ictimai-siyasi qəzet
Kremlin Dmisözçüsü tri Peskov Rusiya nümayəndə heyətinin bu həftənin cümə axşamı İstanbulda keçirilməsi planlaşdırılan danışıqlara qatılacağını təsdiqləyib. Lakin nümayəndə heyətinin tərkibi barədə açıqlama verilməyib.
Musavat.com xəbər verir ki, Peskov Kremlin saray jurnalistinə müsahibəsində pıçıldayıb. Onun sözlərinə görə, heyətin kimlərdən ibarət olacağı barədə məlumat yalnız Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə ictimaiyyətə təqdim olunacaq.
“Hələlik heyətin tərkibini açıqlaya bilmərəm. Prezidentin göstərişi olduqda bunu edəcəyik,” – deyə Kremlin sözçüsü bildirib.
Qeyd edək ki, Vladimir Putin bu gün bir neçə ictimai tədbirdə iştirak etsə də, Rusiya nümayəndə heyətinin İstanbul danışıqlarındakı iştirakı barədə ictimai çıxışlarında heç bir fikir bildirməyib. Bu da Kremlin danışıqlara yanaşmasının ehtiyatlı və mərhələli formada aparıldığını göstərir. Eyni zamanda, bəzi iddialar var ki, Putin İstanbula öz də gedə bilər. Trampın və Ərdoğanın bu barədə xüsusi xahişi də var.
İstanbulda keçirilməsi planlaşdırılan bu görüşün əsas mövzusu kimi Rusiya ilə Ukrayna arasında mümkün siyasi dialoq imkanlarının müzakirə ediləcəyi gözlənilir. Prosesin detalları isə tərəflərin rəsmi açıqlamalarından sonra dəqiqləşəcək.
Musavat.com Peskovun açıqlamasının video görüntüsünü də təqdim edir və qarşıdakı günlərdə danışıqların formatı, tərkibi və gündəliyi ilə bağlı əlavə məlumatları oxuculara çatdıracaq.
Musavat.com
14 May 2025
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ