İnsanlara hürriyət, millətlərə istiqlal!

Minasyandan Paşinyan haqda ŞOK İDDİA

Ermənistan parlamentinin “Daşnaksütyun” partiyasından olan deputatı, “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan bu gün keçirilən parlament iclasında hakimiyyət nümayəndələrinin psixi sağlamlıq yoxlamasından keçməsinin zəruri olduğunu bəyan edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikri o, 2024-cü il üzrə Baş Prokurorluğun fəaliyyət hesabatının müzakirəsi zamanı səsləndirib.

Minasyan xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyana işarə edərək, onun psixi vəziyyətinin sual altında olduğunu vurğulayıb. Deputatın sözlərinə görə, vətəndaşlar yüksək vəzifə tutan şəxslərin məcburi şəkildə psixiatrik müayinədən keçməsini tələb edir və bu istiqamətdə müxalifətdən qanunvericilik təşəbbüsü gözləyirlər.

“Gəlin, qiymətləndirək, daha ədalətli tələb nədir – qanunvericilik təşəbbüsü irəli sürmək, yoxsa ədalət funksiyasını öz üzərinə götürmək? Şəxsən məncə, daha doğru yol qanunvericilik təşəbbüsüdür”, - deyə erməni siyasətçi bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR