Onlayn ictimai-siyasi qəzet
ABŞ və Səudiyyə Ərəbistanı arasında dəyəri 142 milyard dollar olan tarixdəki ən böyük silah satış müqaviləsi rəsmi olaraq imzalanıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Ağ Ev yayıb və sazişin strateji əhəmiyyəti xüsusi vurğulanıb.
Tarixi razılaşma Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi heyətlərin Ər-Riyadda yerləşən Yemame Sarayında keçirilən görüşü zamanı rəsmiləşib. Rəsmi qarşılanma mərasimində hər iki tərəf yüksək səviyyəli nümayəndə heyətləri ilə iştirak edib.
Vəliəhd Məhəmməd bin Salman Prezident Trampı xüsusi protokol əsasında Krallıq Divanında rəsmi şəkildə qarşılayıb. Qarşılama mərasimi və iki lider arasında keçirilən qısa görüşə dair görüntülər Səudiyyə Ərəbistanının rəsmi El-İhbariye kanalı vasitəsilə yayımlanıb.
Görüşdə Trampın müşayiətində təkcə ABŞ rəsmiləri deyil, həm də qlobal biznes elitasının aparıcı nümayəndələri iştirak edib. Bu, anlaşmanın təkcə hərbi deyil, həm də iqtisadi, enerji və texnologiya sahələrinə yönəlmiş genişmiqyaslı tərəfdaşlıq paketi olduğunu göstərir.
Musavat.com
14 May 2025
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ