Onlayn ictimai-siyasi qəzet
ABŞ-la mühüm ticarət razılaşması əldə edən Çinin iqtisadiyyatına dair gözləntilərdə müsbət dəyişiklik qeydə alınır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, nüfuzlu Goldman Sachs Group və digər iri bankların analitikləri İsveçrə razılaşması fonunda Çinin iqtisadi artımı ilə bağlı proqnozlarını yaxşılaşdırıblar.
Goldman Çin ÜDM-nin 2025-ci ildə əvvəllər gözlənilən 4 faiz əvəzinə 4,6 faiz artacağını gözləyir.
JPMorgan Chase & Co.-nun mütəxəssisləri Çin iqtisadiyyatının indi 4,8 faiz artacağını proqnozlaşdırır. ING Group-in analitikləri 4.7 faiz artım gözləyirlər, eyni zamanda ABŞ və Çinin yaxın aylarda uzunmüddətli ticarət razılaşmasına nail olacağı təqdirdə proqnozun yaxşılaşdırıla biləcəyini vurğulayırlar.
Qeyd edək ki, İsveçrə razılaşmasına əsasən ABŞ əksər Çin mallarına tarifləri 30 faizə, Pekinin isə Amerika mallarına rüsumları 10 faizə endirəcək. Ağ Evdən bildiriblər ki, dəyişikliklər mayın 14-də qüvvəyə minəcək və 90 gün davam edəcək.
ING-nin baş iqtisadçısı Lin Sonq bildirir ki, "deeskalasiya gözləniləndən daha böyük olub: “Bu, perspektivin yaxşılaşmasına səbəb oldu. Bununla belə, qarşıdakı danışıqlar çətin olacaq".
Musavat.com
14 May 2025
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ