Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüşə hazır olduğunu bu gün bir daha bəyan edib. O, bu bir neçə saat öncə keçirilən mətbuat brifinqində jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Zelenskinin sözlərinə görə, hazırda digər danışıqlar formatları gündəmdə deyil və Kiyev birbaşa liderlər səviyyəsində görüşün mümkünlüyünü ciddi şəkildə nəzərdən keçirir:
“Mən media vasitəsilə, həm ABŞ, həm də Rusiya tərəfindən verilən siqnallara reaksiya verdim. Avropa da buna bənzər mövqe nümayiş etdirdi. Mən onunla – Putinlə – görüşə hazıram. Hazırda digər formatlar üzrə danışıqlar aparılmır, onlar gündəmdə deyil. Bəli, mən görüşə tək qatılmayacağam, lakin əsas məsələ budur ki, biz təqdim olunmuş formatı dəyərləndiririk,” – deyə Zelenski bildirib.
Ukrayna lideri görüşlərin yalnız nəticə verməsi halında əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bu isə o deməkdir ki, Ukrayna tərəfi konkret və real siyasi irəliləyiş gözləyir.
Musavat.com
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ