İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Suriyanın müvəqqəti prezidenti ilə Səudiyyə Ərəbistanında görüşməyə razılaşıb

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şəraa ilə görüşməyə razılaşıb.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi məlumat verib.

“Prezident Səudiyyə Ərəbistanında olarkən mayın 14-də suriyalı həmkarı ilə görüşməyə razılıq verib”, - nümayəndə bildirib.

O, başqa təfərrüatları açıqlamayıb.

Daha əvvəl Suriya Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Dəməşq və Vaşinqton arasında münasibətlərdə vasitəçi rolunu üzərinə götürdüyünü bəyan etmişdi. “The National” nəşrinin mənbələrindən birinin bildirdiyinə görə, əş-Şəraa ilə Tramp arasında mümkün söhbətin əsas mövzusu Amerikanın Suriyaya qarşı sanksiyalarının ləğvi olacaq.

Qeyd edək ki, Tramp Yaxın Şərq turnesi çərçivəsində bu gün Səudiyyə Ərəbistanına səfər edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

13 May 2025

BÜTÜN XƏBƏRLƏR