İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədən Ukraynaya BÖYÜK JEST - Əlavə 300 milyon dollar hərbi dəstək veriləcək

ABŞ Rusiyanın hücumlarından müdafiə olunmaq üçün Ukraynaya hərbi yardım göstərməkdə davam edir.

Musavat.com xəbər verir ki, Dövlət Departamenti ABŞ-ın Ukraynaya 300 milyon dollar dəyərində əlavə hərbi yardım edəcəyini açıqlayıb.

"Rusiyanın işğalçı müharibəsinə qarşı ukraynalı tərəfdaşlarımızın yanında olmağa davam edəcəyik"- Dövlət Departamentindən verilən yazılı açıqlamada qeyd olunub. 

Sözügedən yardım paketi ABŞ Müdafiə Nazirliyinin inventarından müharibə başlayandan bəri Ukraynaya verilən 37-ci yardım paketidir.

Yarım paketində döyüş sursatı, haubitsa, artilleriya və tank sursatları, tank əleyhinə silahlar, raketlər, atıcı silahlar və döyüş sursatları, ağır texnikanın daşınması üçün yük maşınları və qoşqular, habelə HİMARS reaktiv yaylım atəşi sistemləri üçün zəruri ehtiyat hissələri var.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR