Onlayn ictimai-siyasi qəzet
Almaniya hökuməti 2024-cü il ərzində Ukraynaya rekord həddə, təxminən 8,1 milyard avro dəyərində silah və hərbi avadanlıq ixracını təsdiqləyib.
Musavat.com bildirir ki, bu məlumat Almaniyanın İqtisadiyyat və İqlimin Mühafizəsi Nazirliyi tərəfindən dərc edilən 2024-cü ilin silah ixracına dair hesabatdan əldə olunub.
Hesabata əsasən, 2024-cü il ərzində Almaniyanın ümumi silah ixracı 13,2 milyard avro təşkil edib ki, bunun 62%-i Ukraynaya aid olub. Digər 5,1 milyard avro isə müdafiə təyinatlı digər məhsullara ayrılıb. Bu göstərici, 2023-cü illə müqayisədə iki dəfə artım deməkdir, çünki keçən il Ukraynaya ixrac edilən silahların dəyəri cəmi 4,4 milyard avro idi.
İqtisadiyyat Nazirliyinin dövlət katibi Bernhard Kluttiq bildirib ki, 2024-cü il Almaniyanın Ukrayna ilə müdafiə sahəsində əməkdaşlığının daha da dərinləşdiyini nümayiş etdirir. Bu addım həm də Avropanın təhlükəsizlik sisteminin möhkəmləndirilməsi istiqamətində önəmli rol oynayır.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ