İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə “Telegram” bloklandı

İraqda “Telegram” bloklanıb.

Musavat.com-un APA-ya istinadən xəbərinə görə, bu barədə İraq Kommunikasiya Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, “Telegram” ölkənin milli təhlükəsizliyi və vətəndaşların şəxsi məlumatlarının qorunması üçün bloklanıb. Nəzərə çatdırılıb ki, İraqın səlahiyyətli orqanları dəfələrlə rəsmi dövlət qurumlarının sirlərinin və iraqlıların şəxsi məlumatlarının yayılmasının qarşısının alınması üçün “Telegram” platforması ilə əməkdaşlıq üçün müvafiq şirkətin rəhbərliyinə müraciət edib. Ancaq şirkət İraq hakimiyyətinin heç bir sorğusuna cavab verməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR