İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə qapalı “Qarabağ görüşü" keçirildi: Bakıya qarşı hansı plan var?

Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri, ASALA terror təşkilatının dəstəkçisi Murad Papazyan Ermənistanın hazırki vəziyyəti və rəsmi Parisin verdiyi dəstəklə bağlı müəyyən detalları açıqlayıb.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronla şəxsi münasibətləri olan Papazyan Ermənistan mediasına müsahibəsində Paşinyan hakimiyyətinin səhvlərindən danışıb.

Lakin bu müsahibədə müəyyən məqamlar da ortaya çıxıb. Papazyan bildirib ki, Makrondan Türkiyə və Azərbaycan hücum edərsə, Ermənistanı qoruyacağı haqda soruşdum.

“Bildirdim ki, belə bir problem baş verərsə, Avropa Ermənistanı qoruyacaqmı, Fransa nələr edəcək, ABŞ necə münasibət sərgiləyəcək? Biz indiki halda elə bir vəziyyətdəyik ki, Ermənistanı quruda az-çox müdafiə etmək qabiliyyəti olan müttəfiqi Rusiyadır. Ermənilər 100 il əvvəl seçim etmək qarşısında qalıb və Rusiyanı seçməli olublar. İndi də seçim qarşısındadırlar. Bu dəfə Türkiyə və Rusiya arasında seçim edilməlidir. Halbuki, Paşinyan hakimiyyətinin siyasəti nəticəsində Ermənista iqtisadiyyatı 4-5 ay sonra Türkiyə və Azərbaycanın nəzarətinə keçəcək”, - o deyib.

Papazyanın müsahibəsindən məlum olur ki, bu yaxınlarda Fransada Azərbaycan əleyhinə qapalı tədbir keçirilib. O bildirib ki, Fransa prezidenti, baş nazir, bütün dövlət aparatı ermənilər və Ermənistan məsələsində, o cümlədən, Qarabağda erməni maraqları məsələsində yekdildirlər.

“Bu günlərdə Fransa hakimiyyət orqanlarının və bir çox deputatın iştirakı ilə konfrans keçirildi. Orada Ermənistan və Qarabağdakı hadisələrdən sonra yaranmış vəziyyət prioritetlərə uyğun qaldırıldı. Qarabağda (qondarma-red) “etnik təmizləmə” qiymətləndirildi, ermənilərin geri qayıtmasının beynəlxalq mexanizmlər vasitəsilə həyata keçirilməsi məsələsi qaldırıldı” – Papazyan qqeyd edib.

Bu açıqlamalardan bir daha məlum olur ki, başda Makron olmaqla Fransanın dövlət aparatı Azərbaycana qarşı ermənilərlə birlikdə planlar qurmaqdan əl çəkmir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR