İnsanlara hürriyət, millətlərə istiqlal!

Pulların mənşəyinin yoxlanması dayandırılacaq - Bu ölkədə

Argentina hökuməti pulun mənşəyinin yoxlanması prosesini ləğv etmək üçün tənzimləyici baza üzərində işləyir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Xavyer Miley A24 televiziya kanalına müsahibəsində deyib: "Düşünürəm ki, şübhəli əməliyyatlar barədə bildirişlər qorxulu yuxudur. Siz dollardan təhlükəsiz istifadə edə bilərsiniz və heç kim sizdən heç bir izahat istəməməlidir".

Onun fikrincə, hökumətin hazırladığı tədbirlər “iqtisadiyyata vəsaitlərin daxil olmasını” təmin etməlidir ki, bu da artım tempini əhəmiyyətli dərəcədə sürətləndirə bilər: "Argentinanın ÜDM-i 600 milyard dollardır, Argentinalıların isə döşəklərinin altında 200 milyard dollardan 400 milyard dollara qədər, yəni ÜDM-in 33 faizindən 66 faizinə qədər vəsaiti var".

Mileyin fikrincə, dövlət vergidən yayınmaq üçün pullarını gizlədənləri cəzalandırmamalıdır, çünki “insanlar özlərini oğru siyasətçilərdən qorumağa çalışırdılar”: “Onlar cinayətkar deyil, qəhrəmandırlar".

Qeyri-qanuni yolla əldə edilən pullarla bağlı suala Miley bildirib ki, cinayətlə mübarizə üçün "iqtisadiyyatdan istifadə edilməməlidir": “Təhlükəsizlik və Müdafiə nazirlikləri narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə aparmalıdırlar”.

Miley bildirib ki, vergi agentliyi, İqtisadiyyat Nazirliyi və ölkənin Mərkəzi Bankı hazırda bəyan olunmamış pullardan istifadəyə icazə verəcək normativ bazanın hazırlanması üzərində işləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR