İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Baydenin xəstəliyi ilə bağlı ŞOK AÇIQLAMA

ABŞ-ın 46-cı prezidenti Co Baydenin prostat xərçəngi diaqnozu ilə bağlı məlumat daha əvvəl açıqlanmalı idi.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Düşünürəm ki, bu, çox üzücüdür. Bunun çoxdan xəbər verilməməsinə təəccüblənirəm. Çünki xərçəngin doqquzuncu mərhələyə keçməsi çox vaxt aparır. Mən indicə tibbi müayinədən keçdim. Siz həmin xüsusi xərçəng testinin nəticələrini gördünüz. Hesab edirəm ki, bu, tibbi müayinədən keçən hər kəs üçün standart testdir" - o deyib.

Trampın sözlərinə görə, keçmiş prezidentin diaqnozu barədə ictimaiyyətə əvvəlcədən məlumat verilməyib. "Məncə, kimsə öz həkimi ilə danışmalıdır, əgər bu eyni həkimdirsə və ya iki fərqli həkim olsa belə".

Ağ Ev sahibi hesab edir ki, bu vəziyyət “siyasi baxımdan düzgün olmaqdan çıxıb”: "Bu, ölkəmiz üçün təhlükəlidir. Ukrayna və Rusiya ilə bağlı bütün bu məsələləri müzakirə etdiyiniz qarışıqlığa baxın - bu, heç vaxt baş verməzdi. Başqa bir şey də odur ki, bunun niyə bu qədər uzun sürdüyünü deməlisən. Bu(Baydenin xəstəliyi – red.) təhlükə səviyyəsinə çatmaq üçün illər lazım ola bilər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR