İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan generalı Britaniya Kralına nə hədiyyə etdi - tarixi FOTOLAR

Britaniyanın Vindzor şəhərində keçirilən ənənəvi Kral Atçılıq Şousunda Azərbaycan möhtəşəm təqdimatı ilə yadda qalıb.

Musavat.com-un da öncədən xəbər verdiyi kimi, şouda Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev də iştirak edib və tədbirin ən diqqətçəkən anlarından birinə imza atıb.

Xatırladırıq ki, Azərbaycan çaparları tədbirdə öz atçılıq məharətlərini nümayiş etdiriblər. Onların çıxışı kral ailəsinin və beynəlxalq qonaqların böyük marağına səbəb olub. Vindzor Atçılıq Şousu zamanı general Elçin Quliyev Böyük Britaniya Kralı III Çarlza Azərbaycan mədəniyyətini təcəssüm etdirən xüsusi hədiyyə təqdim edib. Hədiyyənin təqdimatından sonra Kral Çarlz və general Elçin Quliyev yan-yana əyləşərək at yarışlarını izləyiblər.

Maraqlı məqam ondadır ki, Britaniya Kralı III Çarlz istənilən şəxslə bu qədər yaxın ünsiyyətdə olmur və onunla eyni kadrda çəkilmək də nadir hallarda baş verir. Hər hədiyyə verəni öz yanında oturtmayan kralın general Quliyevlə bu cür səmimi foto və söhbəti Azərbaycana, eləcə də Elçin Quliyevə göstərilən yüksək ehtiramın göstəricisi kimi qiymətləndirilir.

Qeyd edək ki, Kral III Çarlz atlara və atçılıq sənətinə olduqca dərin maraq göstərir və bu sahənin bilicilərindən sayılır. O, uzun illərdir at şoularının fəal iştirakçısı və dəstəkçisidir. Kralın Azərbaycan atlarına – xüsusilə Qarabağ atlarına olan rəğbəti dəfələrlə vurğulanıb. Bu, Azərbaycanın atçılıq mədəniyyətinə verilən yüksək qiymətin daha bir nümunəsidir.

Vindzor Atçılıq Şousu (Royal Windsor Horse Show) hər il Britaniya kral ailəsinin himayəsi ilə keçirilir və dünyanın ən mötəbər atçılıq tədbirlərindən biri sayılır. İlk dəfə 1943-cü ildə təşkil olunan bu tədbir Britaniya monarxiyası ilə xalq arasında mədəni əlaqələrin təşviqi məqsədilə yaradılıb. Həm idman, həm nümayiş xarakteri daşıyan tədbirdə dünyanın müxtəlif ölkələrindən atçılıq komandaları iştirak edir. Azərbaycan isə bu mötəbər tədbirdə artıq bir neçə ildir ki, öz milli dəyərlərini, atçılıq ənənələrini və Qarabağ atlarını uğurla təqdim edir.

Bu ilki şouda Azərbaycanın iştirakı bir daha göstərdi ki, ölkəmiz təkcə regionda deyil, həm də qlobal səviyyədə mədəniyyətini və tarixini uğurla tanıtdırır. General Elçin Quliyevin kral ilə yaxın ünsiyyəti isə diplomatik jest olaraq yüksək dəyərləndirilir və iki ölkə arasında mədəni körpünün möhkəmlənməsinə xidmət edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR