İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə metro vaqonu yandı- Qorxunc anların ANBAN GÖRÜNTÜSÜ

 

Meksikanın paytaxtı Mexiko şəhərinin “Politekniko” metro stansiyasında vaqon yanıb. Mühafizəçilər yanğınsöndürən ilə alova müdaxilə edib, sərnişinlər sürətlə təxliyə olunub.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər tərəfindən verilən açıqlamada hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilib.

Yanğının səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Onu da qeyd edək ki, ötən həftə Mexikoda iki qatarın toqquşması nəticəsində baş verən qəzada 1 nəfər ölüb, 57 nəfər yaralanmışdı.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR